Hadisə
Paytaxtda günəş panelləri oğurlandı
Xəzər rayonunun Qala qəsəbəsi ərazisində 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb.
Bu barədə Metbuat.az-a DİN-dən məlumat verilib.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İ.Məmmədov, 29 yaşlı A.Eyvazovvə 24 yaşlı İ.Bünyadov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.