Ölkə
Nazirlik 7 ayda əlillik təyin olunan şəxslərin sayını açıqladı
2025-ci ilin yanvar-iyul ayları ərzində 32,6 min şəxsə əlillik təyin edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 14,5 min şəxsə ilkin, 18,1 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.