Kolleclərə qəbulun nəticələri elan olundu
9 illik təhsil bazasında kolleclərə qəbulun nəticələri elan olunub
Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Nəticələrlə abituriyent.az saytında şəxsi kabinetə daxil olaraq tanış olmaq mümkündür.
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.
Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan
abituriyentlərin sayı haqqında ümumi məlumat