Ölkə
Azərbaycanda xəstəxanaların sayı açıqlandı
Azərbaycanda 350 xəstəxana fəaliyyət göstərir.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında əks olunub.
Məlumata görə, bu xəstəxanalarda 40.3 min çarpayı var.
Son statistik məlumatlara əsasən, ambulator poliklinika müəssisələrinin sayı isə 1 676-dır. Eyni zamanda, 106 qadın məsləhətxanası və 230 uşaq poliklinikası fəaliyyət göstərir.