Ölkə

"70-dən çox ölkənin həmkarlar ittifaqları ilə əməkdaşlıq edirik" -

Cəmaləddin Quliyev

Metbuat.az

"70-dən çox ölkənin həmkarlar ittifaqları ilə əməkdaşlıq edirik, memorandumlar imzalayırıq".

Metbuat.az Oxu.az-a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfransında sədrin müşaviri Cəmaləddin Quliyev deyib.

Onun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyaları Azərbaycanda ratifikasiya olunub:

"Biz həm də daxildə hökumətlə əməkdaşlıq edirik, öhdəliklərin yerinə yetirilməsi üçün müraciətlər edirik".