Hadisə

52 yaşlı qadın faciəvi şəkildə öldü

Metbuat.az

Saatlı rayon sakini cərəyan vurması nəticəsində ölüb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Belə ki, kənd sakini 1973-cü il təvəllüdlü V.Abışova yaşadığı evin həyətyanı sahəsində məişət işləri ilə məşğul olarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.