Ölkə

52 yaşlı qadın faciəvi şəkildə öldü

Metbuat.az

Saatlıda 52 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Validə Abışovanı soyuducunu elektrik şəbəkəsinə qoşarkən cərəyan vurub.

Faktla bağlı araşdırma aparılır.