Media
Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırıldı
Rusiyanın bir sıra şəhərlərində Azərbaycan xəbər saytlarına girişdə problemlər müşahidə olunur.
Metbuat.az xəbər verir ki, Moskva və Rusiyanın digər böyük şəhərlərində – o cümlədən Həştərxan, Volqoqrad, Sankt-Peterburq, Voloqda və Çelyabinskdə – Azərbaycan xəbər agentliklərinin saytlarına daxil olmaqda çətinliklər yaranıb.
Problemin səbəbi hələlik açıqlanmayıb.