Elm və Təhsil

"Onların qəbul qaydalarında heç bir dəyişiklik yoxdur" -

Məleykə Abbaszadə

Metbuat.az

“Subbakalavrların ali təhsil müəssisələrinə qəbul qaydalarında bu il heç bir dəyişiklik yoxdur”.

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il ali məktəblərdə ödənişli əsaslı sifarişli yerlərin 90 faizinin dolacağı proqnozlaşdırılır.

“Bizdə hər il plan yerlərinin 90 faizindən çoxu dolur. Bu il də eyni dinamika gözlənilir”, – deyə o, əlavə edib.