Müəllimlərin orta aylıq maaşı açıqlandı
Müəllimlərin orta aylıq əmək haqqısı 965 manatdır.
Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
O bildirib ki, müəllimlərin sertifikatlaşdırmasında yüksək nəticə göstərənlərin orta aylıq əmək haqqı (sertifikatlaşdırmada 51 və yuxarı bal toplayanlar 35 faiz əlavə alır - red.) 1320 manatdır.
“Uğur qazananlar (30–50 bal aralığında nəticə göstərənlər, 10 faiz əlavə alanlar) – 1010 manat orta aylıq əmək haqqı alırlar. Sertifikatlaşdırmada iştirak etməyən müəllimlər isə orta aylıq 765 manat əmək haqqı alır”, - nazir əlavə edib.
Nazir sertifikasiya prosesi təşkil edildikdən sonra müəllimlərin maaşlarında sürətli artımların müşahidə olunduğunu bildirib.