Elm və Təhsil
“Abituriyent” jurnalının 4 saylı buraxılışı
bu tarixdə dərc olunacaq
“Abituriyent” jurnalının 4 saylı buraxılışı avqustun 11-dək nəşr olunacaq.
Bunu Metbuat.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.
O qeyd edib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.
“Müsabiqə iştirakçılarının nəzərinə çatdırırıq ki, “Abituriyent” jurnalının növbəti buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq”, - deyə X.Xanlarzadə qeyd edib.
Sevinc İbrahimzadə / Metbuat.az