Gündəm

Xırdalanda yanan əraziyə yanğınsöndürənlər cəlb olunub

Metbuat.az

Xırdalanda güclü yanğın başlayıb.

Metbuat.az xəbər verir ki, məlumata görə, kənd Xırdalan deyilən ərazidə iç-içə olan evlərdə yanğın başlayıb.

Hazırda əraziyə xeyli sayda yanğınsöndürənlər cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.