Ölkə

​Qobustan RMX-a 25-dən çox həkim cəlb olunub

Metbuat.az

2024–2025-ci illərdə Qobustan Rayon Mərkəzi Xəstəxanasına 25-dən çox həkim cəlb edilib. Onların arasında travmatoloq, urolog, LOR və oftalmoloq kimi ixtisaslaşmış mütəxəssislər yer alır.

Metbuat.az-ın məlumatına görə, xəstəxananın direktoru Günay Muradova məlumat verib.

Ən çox tibbi yardım alan xəstələrin şəkərli diabet, ürək-damar xəstəlikləri və katarakta diaqnozu ilə müraciət etdiyi bildirilib.

Hazırda xəstəxanada 160-a yaxın vərəm xəstəsi qeydiyyatdadır. Qobustanda fəaliyyət göstərən tibbi modul xəstəxana isə hazırda vərəm əleyhinə ixtisaslaşmış xəstəxana kimi istifadə olunur.

Sevinc İbrahimzadə / Metbuat.az