Ölkə

İyunun 20-də qaz kəsiləcək -

Bu ərazilərdə

Metbuat.az

Biləsuvar rayonunun 6 yaşayış məntəqəsində qaz kəsiləcək.

Metbuat.az xəbər verir ki, buna səbəb "Xırmandalı" Qazpaylayıcı Stansiyasında orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsidir.

Nəticədə iyunun 20-də saat 10:00-dan etibarən, işlər başa çatana qədər Biləsuvar şəhərində və rayonun 5 kəndi olmaqla, ümumilikdə 2 min 150 abonentin təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.