Hadisə
Bakı-Quba yolunda ağır qəza -
Ölən və xəsarət alan var
Bakı-Quba yolunda ölümlə nəticələnən avtomobil qəzası olub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı “Infinity” markalı avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb, maşında olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.