Ölkə
Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Artan sərnişin tələbatını nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC Bakı–Ağstafa–Bakı marşrutu üzrə 26, 27, 28 və 29 iyun tarixlərində əlavə qatar reysləri təyin edib.
Metbuat.az xəbər verir ki, sərnişinlər hərəkət cədvəli və biletlərlə bağlı ətraflı məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, “ADY Mobile” mobil tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərlər.
Əlavə reyslər sərnişinlərin rahat və təhlükəsiz səfəri üçün nəzərdə tutulub.