AQTA-da sahibkarların qəbulu keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavinləri hər həftənin çərşənbə, cümə axşamı və cümə günləri Agentliyin inzibati binasında sahibkarları qəbul edəcəklər.
Bu barədə Metbuat.az-a AQTA-dan məlmat verilib.
Bildirilir ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər heyvan və bitki sağlamlığı, qida zəncirinə nəzarət, qeydiyyat, idxal-ixrac məsələləri ilə bağlı qəbula yazıla bilərlər.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtuna müraciət edə və ya +994 70 405 01 85 nömrəsinə zəng edə, həmçinin vatsap üzərindən əlaqə saxlaya bilərlər.
№ | Sədr müavinləri | Mövzu | Həftənin günləri | Saat |
Balarəhim Quliyev | Heyvan və bitki sağlamlığı, qida zəncirinə nəzarət məsələləri | Çərşənbə | 16:00-18:00 | |
Zəkiyyə Mustafayeva | Qeydiyyat məsələləri | Cümə axşamı | 16:00-18:00 | |
Əziz Şərifov | İdxal və ixraca nəzarət məsələləri | Cümə | 16:00-18:00 |