Elm və Təhsil
Əməkdar müəllim faciəvi şəkildə öldü -
FOTO
Göygöl rayon 1 nömrəli tam orta məktəbin müəllimi Dilarə Qazıyeva vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Məlumata görə, sirkə turşusundan zəhərlənən D.Qazıyeva yaxınları tərəfindən Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Azərbaycan dili və ədəbiyyat müəllimi olan 62 yaşlı D.Qazıyeva fəaliyyəti dövründə "İlin müəllimi” və “Əməkdar müəllim” adlarını qazanıb.