Elm və Təhsil
Sentyabr ayından etibarən məktəblərdə yenilik edilir -
RƏSMİ
Sentyabr ayından etibarən kağız jurnalların istifadəsi dayandırılacaq.
Metbuat.az xəbər verir ki, bunu MÜTDA-nın Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.
O qeyd edib ki, hazırda 426 məktəb elektron jurnaldan istifadəyə keçib.
"Rəqəmsallaşdırmanın əsas məqsədi kağız daşıyıcılardan istifadəni ləğv etməkdir. "Rəqəmsal məktəb" platforması gözlənilən effekti versə, sentyabr ayından kağız jurnalların istifadəsi dayandırılacaq", - sektor müdiri əlavə edib.