Qazaxıstan Almatı Prosesində üzv sayını artırmağa çalışacaq -
Askarbek Yertaev
“Qazaxıstanın Almatı Prosesinə sədrlik dövründə qarşısına qoyacağı məqsədlərdən biri də üzv dövlətlərin və iştirakçıların sayının artırılması olacaq”.
Metbuat.az-ın məlumatına görə, bunu Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Askarbek Yertaev Almatı Prosesinin III Nazirlər Konfransında deyib. Nazir müavinin sözlərinə görə, son dövrlərdə Qazaxıstanda miqrasiya sahəsində atılan müsbətyönlü addımlar nəticəsində ölkədə minqarantların hüquqlarının müdafiəsi, onların əmək münasibətlərində iştirakına şərait yaradılıb.
“Hazırda Qazaxıstanda 17 mindən artıq miqrant var. Miqrantlar əsasən MDB ölkələri və Çindən gəlirlər. Biz çalışırıq ki, miqrasiya sahəsində statistik məlumatlar tənzimlənsin. Hesab edirəm ki, Almatı Prosesinə üzv iştirakçıların sayının artırılması bu istiqamətdə görüləcək işlərə daha da müsbət təsir göstərəcək”, - deyə Askarbek Yertaev əlavə edib.
Gülbəniz Hüseynli / Metbuat.az