Elm və Təhsil

60 yaşdan yuxarı müəllimlər bu şərtlə işləyə bilər

Metbuat.az

Çalışmanın yaş həddinə çatmış müəllimin əmək müqaviləsinin uzadılmasında sertifikatlaşdırma balı əsas prioritetdir və müqavilənin uzadılması üçün 85 faiz nəticə (51 bal) əsas tələbdir.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılmbəyli deyib.

Qeyd edək ki, 60 yaşdan yuxarı müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllüdür.