Gündəm

Bu sosial şəbəkədə problemlər yarandı

Metbuat.az

Bir sıra ölkələrdə "X" sosial şəbəkəsinin işində fasilələr yaranıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Downdetector” saytında məlumat verilib.

Bildirilib ki, ən çox şikayət ABŞ-dən gəlib.

Problem Böyük Britaniya, Fransa və Almaniyadan olan istifadəçilər tərəfindən də yaşanıb.