Dünya

​Müxalifət Bəşər Əsədin başı üçün mükafat təyin etdi -

Məbləğ

Metbuat.az

Suriyanın paytaxtı Dəməşqi ələ keçirən silahlı müxalifət devrilən Prezident Bəşər Əsədin başına pul qoyub.

Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.

Bildirilib ki, Bəşər Əsədin yaxalanmasına yardım edənə 10 milyon dollar mükafat vəd edilib.

Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” silahlı birliyi bu gün Dəməşqi ələ keçirərək, Bəşər Əsəd rejiminin bitdiyini rəsmən elan edib.

Bəşər Əsədin isə təyyarə qəzasında öldüyü barədə xəbər yayılıb.