Dünya

​Moskvanın mərkəzində partlayış -

Yaralılar var

Metbuat.az

Moskvada Yujnoye Medvedkovo küçəsində yerləşən Dejnev keçidindəki “Vavilon-92” ticarət mərkəzində mobil telefon mağazasında smartfon partlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb - onlar üz nahiyəsindən yanıq xəsarətləri alıblar. Binada güclü tüstü var. İnsanların yaxınlıqdakı mağazada sıxıldığı bildirilir.

Ticarət mərkəzi boşaldılır. Təcili yardım xidmətləri hadisə yerindədir.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil.