Media
"Media Savadlılığı" Həftəsi çərçivəsində
vebinar keçiriləcək
"Media Savadlılığı" Həftəsi çərçivəsində Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən vebinar təşkil ediləcək.
Metbuat.az xəbər verir ki, "Dezinformasiya dövründə etibarlı məzmunun yaradılması" mövzusuna həsr olunan vebinarda MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli spiker qismində çıxış edəcək.
Vebinar 19 dekabr 2024-cü il, saat 16:00-da "Zoom" platformasında baş tutacaq. İştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat linki: https://media.gov.az/layiheler/medialab/