Dünya

​Dəməşqdə iki güclü partlayış oldu

Metbuat.az

Suriya paytaxtının qərbindəki Mezze bölgəsində iki güclü partlayış baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə Əl-İxbariya” telekanalı məlumat yayıb.

Digər təfərrüatlar hələlik verilməyib. Suriyanın “Əl Vətən” nəşri daha əvvəl Mezzedə partlayış səslərinin eşidildiyini bildirsə də, baş verənlərlə bağlı təfərrüatları da açıqlamayıb.