Siyasət

Türkiyə XİN parlament seçkiləri ilə bağlı bəyanat yaydı

Metbuat.az

Türkiyə 1 sentyabrda Milli Məclisə keçirilən seçkilər qardaş Azərbaycan üçün faydalı olacağına ümid edir.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir:

"Sözügedən parlament seçkilərinin Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir.

İnanırıq ki, Azərbaycan xalqının öz iradəsini ortaya qoyduğu seçkilər Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək".