İqtisadiyyat

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Metbuat.az

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 783,5 milyon ABŞ dolları təşkil edib.

Metbuat.az quruma istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,2 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,5 %, son 1 ildə isə 25,8 % artıb.