Dünya
Məhşur ABBA qrupunun ifaçısı vəfat etdi
İsveçin ABBA pop qrupunun ifaçısı Rocer Palm 75 yaşında vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Musiqiçi sentyabrın 21-də dünyasını dəyişib. Ailəsi Palmın ölümünün səbəbini Alzheimer xəstəliyinin ağırlaşmaları olduğunu bildirib.
Rocer Palm 1949-cu ildə anadan olub. O, "Gimmicks", "Beatmakers" və "Moonlighters" musiqi kollektivlərində çıxış edib. Lakin "ABBA"da daha çox məşhurlaşıb.