Dünya

Livanda peycer partlaması nəticəsində ölənlərin sayı 12-yə çatdı

Metbuat.az

Livanda peycer partlaması nəticəsində daha bir nəfər ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad bildirib.

Bildirilib ki, partlayış nəticəsində ölənlərin sayı 2-si uşaq olmaqla 12-yə yüksəlib.

Eyni zamanda, nazir yaralıların sayının 4 minə çatması barədə məlumatları təkzib edib.

Səhiyyə Nazirliyi rəhbərinin sözlərinə görə, təxminən 2,8 min nəfər yaralanıb:

"Beyrutda 1,8 min, Bekaada 850, ölkənin cənubunda 750 nəfər yaralanıb. 300-dən çox insan reanimasiyadadır. Onların bir çoxunun vəziyyəti son dərəcə ağırdır".

Qeyd edək ki, sentyabrın 17-də Livanda peycer partlayışları baş verib.