Ölkə

Mehriban Əliyeva Alfonso Dominqesi ilə bağlı paylaşım etdi

Metbuat.az

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında gümüş medal mükafatı qazanmış Azərbaycan boksçusu Alfonso Dominqesi ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:

"Boksçu – gümüş medal sahibi Alfonso Dominqesi səmimi-qəlbdən təbrik edirəm! Azərbaycanı Paris Yay Olimpiya Oyunlarında layiqincə təmsil edən idmançımıza güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!".