Hadisə
Bakıda 18 yaşlı qızı küçədə döydülər
Bakıda gənc qız döyülüb.
Metbuat.az xəbər verir ki, hadisə Sabunçu rayonunda, Qanbay Vəzirov küçəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Hacızadə Ləman Zöhrab qızı küçədə içərisində orta yaşlı kişi və qadının olduğu bir qrup tərəfindən döyülüb.
18 yaşlı qız aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.