Ölkə

İcra başçısı təyin edilən Abbasov vəzifəli şəxsin oğludur -

FOTO

Metbuat.az

Bu gün Daşkəsən rayonunun icra başçısı vəzifəsinə təyin olunan Orxan Abbasovun atası da vəzifəli şəxsdir.

Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, Orxan Abbasovun atası İrşad Abbasov Azərbaycan Texnologiya Universitetinin Qiyabi və əlavə təhsil sektorunun müdiridir.

İrşad Abbasov bundan əvvəl Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru işləyib.