Hadisə

Gəncədə moped sürücüsü qəza törədərək öldü

Metbuat.az

Gəncədə moped sürücüsü hərəkətdə olarkən yıxılaraq ölüb.

Metbuat.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Məmmədli Səyad Rauf oğlu idarə etdiyi mopedlə hərəkətdə olarkən idarəetməni itirərək yıxılıb.

Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.