Texnologiya

Azərbaycanın iki rayonunda internetin işində problem yaranıb

Metbuat.az

Biləsuvar və Cəlilabad rayonları ərazisində internetin işində problem yaranıb.

Metbuat.az xəbər verir ki, bu barədə Report-a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, artıq 7 saata yaxındır ki, internetdən istifadə etmək çətinləşib.

Müvafiq qurumlar tərəfindən problemin həlli istiqamətində iş aparılır.