Siyasət

Əfv Komissiyasının növbəti iclası keçirildi

Metbuat.az

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Metbuat.az xəbər verir ki, iclasda 100-dən artıq müraciətə baxılıb.

      Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.

      Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.