İqtisadiyyat

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri

kəskin azalıb

Metbuat.az

İlin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 17,3 milyon dollar, əsaslı xərclər isə təxminən 1,2 milyon dollar olub, bu da illik müqayisədə müvafiq olaraq 13,5% və 40% azdır.

Metbuat.az xəbər verir ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Hesabata əsasən, rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,7 milyon kubmetr səviyyəsində olub.