Ölkə

Bu rayonda 3 gün qaz olmayacaq -

XƏBƏRDARLIQ

Metbuat.az

Sabah Şəmkir rayonunun qaz təchizatında fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli kəmərlərin birləşdirilməsi ilə bağlı mayın 23-də saat 10:00-dan mayın 25-dək (3 gün müddətində) işlər başa çatanadək “Şəmkir-1Əhali”, “Şəmkir-2 Sənaye”, “Çinarlı əhali”, “Çinarlı Sənaye”, “Əliyaqublu 1 və 2” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəmkir rayon mərkəzi daxil olmaqla, rayonun 2 qəsəbə və 14 kəndinin qaz təchizatında 3 gün müddətində müvəqqəti fasilə yaranacaq.