Ölkə

Bakının bir çox yolunda tıxac yaranıb -

SİYAHI

Metbuat.az

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Hal-hazırda yollardakı vəziyyət:

    1. Heydər Əliyev prospekti köməkçi yol, mərkəz istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

    3. 8 Noyabr prospekti, mərkəz istiqamətində;

    4. Babək prospekti, mərkəz istiqamətində;

    5. Tbilisi prospekti, mərkəz istiqamətində;

    6. Mikayıl Müşfiq küçəsi, Hüseyn Cavid prospekti istiqamətində

    7. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində;

    8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.