Siyasət
Bakıda Azərbaycan və Belarus XİN başçılarının
görüşü keçirilir
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belarusun xarici işlər naziri Sergey Aleynik arasında görüş keçirilir.
Metbuat.az xəbər verir ki, nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyinə gələn belaruslu həmkarı ilə görüşüb.
Hazırda nazirlərin görüşü təkbətək formatda keçirilir.