Hadisə

Bakıda avtobus qadının üstündən keçdi

Metbuat.az

Paytaxtın Zabrat qəsəbəsində qadın avtobusdan yıxılaraq ölüb.

Metbuat.az xəbər verir ki, "Daewoo" markalı avtobusda 1964-cü il təvəllüdlü Tamella Cəfərova nəqliyyat vasitəsinin ön giriş qapısından təkərin altına düşüb.

Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.