Hadisə
Bakıda 74 yaşlı kişini maşın vurub
öldürdü
Bakıda 74 yaşlı kişini maşın vuraraq öldürüb.
Metbuat.az xəbər verir ki, hadisə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.
Belə ki, Famil Məmmədov idarə etdiyi "Toyota Prado" markalı avtomobillə 1950-ci il təvəllüdlü Həsənağa Bayramovu vurub.
Piyada aldığı xəsarətdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.