Ölkə

Aeroporta işləyən avtobusların intervalı

dəyişdi

Metbuat.az

Bu gündən etibarən havalimanı ekspress marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, bu barədə "BakuBus" MMC-dən bildirilib.

"Sizə daha keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə ekspress avtobuslarının intervalı 1 saatdan 25 dəqiqəyə endirilib, müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırılıb", - deyə məlumatda qeyd olunub.