Hadisə

Sərnişin avtobusu qəza törətdi -

Ölən var

Metbuat.az

Lənkəranda sərnişin avtobusu qəza törədib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, aprelin 30-da saat 15 radələrində Lənkəran rayon sakini T.Məhərrəmov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü İ. İbrahimovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.