İdman

“Qəbələ” israilli futbolçu ilə

vidalaşdı

Metbuat.az

“Qəbələ” komandası israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2022-ci ilin iyulundan bölgə təmsilçisində çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.