Ölkə
Saat 15.00-a qədər respublika üzrə seçici fəallığı açıqlandı
Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə saat 15:00-a olan seçici fəallığı nəticələri açıqlanıb.
Metbuat.az xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 3 922 187 nəfər səs verib, seçici fəallığı 60.54 faiz olub.
Qeyd edək ki, respublika üzrə seçicilərin sayı 6 478 840 nəfərdir.