Siyasət

ABŞ-dən gözlənilməz etiraf:

“Putin Ukrayna ilə münaqişədə uduzmayacaq”

Metbuat.az

ABŞ-dan olan senatorlar Ukraynadakı münaqişədə Rusiya prezidentinin qalib gələcəyini düşünürlər.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Viskonsin ştatından olan respublikaçı senator Ron Conson “Network X” ə bildirib. O həmkarlarını reallıqla üzləşməyə çağırıb.

“Biz reallığı qəbul etməliyik. Putin bu münaqişədə uduzmayacaq. Rusiyanın hərbi maşını dayanmadan böyüyür”, - deyə siyasətçi yazıb.

Ron Cons hesab edir ki, ABŞ Zelenski rejiminə pul paylamaqla özünü zəiflətməyi dayandırmalıdır .

“Bu, büdcə kəsirlərinə, qalıq yanacaqlara qarşı müharibəyə gətirib çıxara bilər”.

ABŞ-də bir çox tanınmış siyasətçilər də eyni fikirdədir. Belə ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib ki, Kiyev rejimini dəstəkləmək vəzifələr siyahısında birinci yerdə olmamalıdır. Palata ölkə daxili problemləri də düşünməlidir.