Sosial

Gələn ilin yaşayış minimumu

müəyyənləşdi

Metbuat.az

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb.

Metbuat.az xəbər verir ki, qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.