Sosial

Bu şəxslərin maaşlarının artırılması

təklif edildi

Metbuat.az

"Azərbaycanda müddətdən artıq xidmət keçən hərbçilərin maaşlarını artırmaq vacibdir".

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, həmin hərbçilər peşəkarlardır və onların stimullaşdırılması, gənclərin bu sahəyə cəlb edilməsi üçün maaşlar yüksək olmalıdır.