Dünya

Ərdoğanın İsrailə səfəri

ləğv edildi

Metbuat.az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfərini ləğv edib.

Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı deyib.

Prezident buna səbəb kimi oktyabrın 7-də başlayan HƏMAS-İsrail müharibəsini göstərib.

Ərdoğan qeyd edib ki, İsrail Qəzzanın bombalanmasını dayandırmalı, Misirlə sərhəddə humanitar qapını açıq tutmalı və əsirlərin buraxılması üçün danışıqlar sürətlənməlidir.